AFFA-nın vitse-prezidenti: “Heç bir məşqçi ilə danışıq aparılmayıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Heç bir məşqçi ilə danışıq aparılmayıb”.
Bunu “Report”a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov
Azərbaycan millisinin baş məşqçi postuna bir neçə mütəxəssisin adının
hallanmasına münasibət bildirərkən deyib.
Xüsusi İşçi Qrupunun da üzvü olan mütəxəssis iclaslarda konkret heç bir
məşqçinin müzakirə edilmədiyini söyləyib:
“İclaslarda heç kimin adı hallanmayıb. Yeni baş məşqçinin yerli, yoxsa əcnəbi
olacağı ilə bağlı istiqamət hələ bəlli deyil”.
Qeyd edək ki, türkiyəli məşqçi Ərtuğrul Sağlam sosial şəbəkə vasitəsilə
paylaşımında bir müddət əvvəl AFFA-dan təklif aldığını, lakin qəbul etmədiyini
yazıb. Serbiyalı Milan Obradoviçin adı da yığma ilə birgə çəkilir.