AFFA oyun zamanı dalaşan “Neftçi” və “Səbail”in futbolçularını cəzalandırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən “Neftçi” – “Səbail” oyunu
zamanı dalaşan hər iki komandanın bir futbolçusunu cəzalandırıb.
Cixisyolu.com xəbər verir ki, görüşün 90-cı dəqiqəsində yaşanan qarşıdurma zamanı
“Neftçi”dən Sadiq Məmmədli, “Səbail”dən Elmar Baxşızadə bir-birilərini təpik və
yumruqla vurublar.
“Səbail”in digər futbolçusu Kərim Orucov 90-cı dəqiqədə qol vurulan zaman
rəqibin texniki zonası önündə qeyri-etik jest edib və qarşıdurma vaxtı rəqibi
vurub. Onun komanda yoldaşı Fariz Hüseynov isə hakimi təhqir edib.
Adları sadalanan dörd futbolçunun hər biri 4 oyunluq diskvalifikasiya edilib.
“Neftçi”nin üzvü Həsən Mahmudov isə “Səbail”dəki həmkarını təhqir etdiyi üçün
3 matçlıq cəzaya məruz qalıb.