5574f3cd-c2db-483b-b477-1b0e8d442168..jpg

AFFA prezidenti milli üzvləri ilə görüşdü – FOTO

Baxış sayı: 1. 033 dəfə baxılıb.

AFFA prezidenti milli üzvləri ilə görüşdü – FOTO

Bu gün Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”nın ərazisində yerləşən Milli
Komandaların Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan
milli komandasının üzvləri ilə görüşüb.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, Assosiasiyanın vitse-prezidenti
Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katib Sərxan
Hacıyevin iştirak etdiyi görüşdə AFFA prezidenti millimizin üzvlərini Novruz
bayramı münasibətilə təbrik edib, 2024-cü ildə Almaniyada təşkil olunacaq
Avropa çempionatının seçmə mərhələ oyunlarında komandamıza uğurlar arzulayıb.

Baş məşqçi Canni De Byazi və millimizin kapitanı Emin Mahmudov AFFA
rəhbərliyinə təşəkkürünü bildirib, qarşıdakı oyunlarda uğurlu nəticə qazanmaq
üçün komandanın tam gücü ilə səfərbər olacağını qeyd ediblər.

Xatırladaq ki, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində millimiz martın 24-də
Linz şəhərindəki “Raiffeisen Arena”da Avstriya, 3 gün sonra isə Solna şəhərində
yerləşən “Friends Arena”da İsveç komandası ilə qarşılaşacaq.

Source link