AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur”.
Bu barədə “Report”a milli assosiasiyanın Mətbuat Xidmətinin rəhbəri Elnur
Məmmədli məlumat verib.
O bildirib ki, indiki ana qədər rəsmən namizədliyini irəli sürən olmayıb.
Qeyd edək ki, aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək.
Qurumun hazırkı rəhbəri Rövnəq Abdullayev namizədliyini irəli sürməyəcəyini
açıqlayıb.