Azərbaycan Kubokunun final oyununda “Qəbələ” klubunun futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün iki oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
ÇıxışYolu.Com-ın məlumatına görə, müvafiq qərar bu gün AFFA İntizam Komitəsinin iclasında qəbul edilb.
Bundan əlavə, oyunun 55-ci dəqiqəsində və 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub müvafiq olaraq 800 manat və 1600 manat cərimə olunub.
Öz növbəsində, “Keşlə” klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
Xatırladaq ki, mayın 28-də keçirilən final matçında “Keşlə” “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.
Yeganə qolu 71-ci dəqiqədə Pərdis Fərcad-Azad vurub.