4c41deaf-8f73-43b2-ba0e-cc2953fbfc57..jpg

AFFA “Qarabağ” və “Neftçi”ni cəzalandırdı

Baxış sayı: 932 dəfə baxılıb.

AFFA “Qarabağ” və “Neftçi”ni cəzalandırdı

AFFA İntizam Komitəsi “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvilini üç oyunluq şərti
cəzalandırıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, buna 24 yaşlı qolkiperin
“Neftçi” ilə 1:1 heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur
oyununda azarkeşlərə tərəf kənar əşya atması səbəb olub.

“Köhlən atlar” bunun üçün 2400 manat məbləğində cərimələnib. Gürcüstanlı
oyunçuya şərti cəzaya görə üç ay sınaq müddəti təyin edilib.

Komitə hər iki kluba 4 min manat cərimə kəsib. Buna səbəb fanatların matçda
təhqiramiz ifadələr işlətməsidir.

“Neftçi” tərəfdarların pirotexnikadan istifadəsinə görə 800, azarkeşlərin
meydana kənar əşyalar atması ucbatından 1600 manat məbləğində ziyana düşüb.

Paytaxt klubunun fanatlarının oturacaqları sındırması və süni örtüyə ziyan
vurmasına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödəniləcək.

Source link