AFFA rəqibini vuran futbolçunu və hakimləri təhqir edənləri cəzalandırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “Record Club”un futbolçusu
Emil İsrəfilovu 4 oyunluq cəzalandırıb.
Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, buna onun “City Baku” ilə
qarşılaşmanın 90+3-cü dəqiqəsində rəqibini bilərəkdən əli ilə vurması səbəb
olub. İsrəfilov qırmızı vərəqə ilə cəzalanıb.
Eyni turnirdə mübarizə aparan “Qarxun”da isə köməkçi məşqçi Akif Rəhimov 5
matçlıq cəza ilə üzləşib. Mütəxəssis “Ağstafa Gəncləri” ilə oyunda hakimi
təhqir etdiyi üçün qırmızı vərəqə alıb.
AFFA U-15 Liqasında “Zirə”nin futbolçusu Kamal Qasımlı “Sabah”la görüşdə
hakimi təhqir etdiyi üçün 4, komandanın baş məşqçisi Yasin Yaqubzadə qeyri-etik
ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb.
U-17 Qızlar Liqasında “Baku Sportinq”in baş məşqçisi Aliyə Vəliyeva
“Sumqayıt”la dueldə referi köməkçisinin ünvanına qeyri-etik ifadələr
işlətdiyindən 5 matç texniki zonada yer almayacaq.