2c507fde-dd4f-4ce8-a3ee-0f153fcbd44d..jpg

AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb

Baxış sayı: 727 dəfə baxılıb.

AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.

Xoşagəlməz hadisə Əvəzedicilər Liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2”
oyununda baş verib.

52-ci dəqiqədə Ramin Abdullayev qonaq komandanın futbolçusunu təhqir etdiyinə
görə birbaşa qırmızı vərəqə alıb. “Neftçi-2”nin heyətində isə eyni səbəbdən
75-ci dəqiqədə Fərid Səfərli, 78-ci dəqiqədə isə İbrahim Novruzov meydandan
qovulublar.

Hər üç futbolçu üçoyunluq cəzalanıb. “Zirə-2” 200 manat, “Neftçi-2” isə 400
manat cərimə ödəyəcək.

Source link