AFFA rəqiblərini vuran futbolçuları cəzalandırdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AFFA U-15 Liqasında keçirilən “Lion” – “Ulduz” görüşündə futbolçular arasında
dava düşüb.
“Report” xəbər verir ki, İntizam Komitəsi “Lion”un oyunçusu Hüseyn Hüseynovu
dörd matçlıq cəzalandırıb.
Buna onun 60-cı dəqiqədə rəqibi vurması səbəb olub. Mingəçevir təmsilçisinin
üzvü Elcan Həsənov da 60-cı dəqiqədə eyni hərəkəti etdiyi üçün dörd
qarşılaşmalıq diskvalifikasiya edilib.
Bundan əlavə, Həsənovun komanda yoldaşı Eldar Osmanov həmin vaxt rəqibi
vurmağa cəhd göstərdiyi üçün iki oyunluq cəza alıb.
AFFA İntizam Komitəsi “Neftçi” İK-nın futzalçısı Namiq Məmmədkərimovu dörd
oyunluq cəzalandırıb.
Buna 43 yaşlı oyunçunun “Araz-Naxçıvan”la matçda etdiyi hərəkət səbəb olub.
Azərbaycan millisinin sabiq üzvü 27-ci dəqiqədə ikinci sarı vərəqəni aldıqdan
sonra rəqib futzalçı Lukas Freytas Romao Da Silvaya əli ilə zərbə endirib.