71ea1ef5-140e-49d0-8d94-5a04a7e19fac..jpg

AFFA rəsmisini döyən oyunçuya ağır cəza verilib

Baxış sayı: 1. 556 dəfə baxılıb.

AFFA rəsmisini döyən oyunçuya ağır cəza verilib

AFFA İntizam Komitəsi “Rəvan” komandasının futzalçısı Sabir Həsənovu bir il
müddətinə futbolla əlaqədar hər-hansı fəaliyyətlə məşğul olmaq hüququndan
məhrum edib.

Cixisyolu.com xəbər verir ki, buna oyunçunun İkinci Liqada “Timsport”la görüşdə AFFA
rəsmisini təhqir etməsi və ona fiziki təsir göstərməsi səbəb olub.

Həsənov 26-cı dəqiqədə aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan
qovulandan sonra bu addımı atıb. Futzalçı yenidən meydana daxil olaraq hakimlər
briqadasını da təhqir edib.

Source link