89f2e5f0-e698-4f63-9f26-c7adbd1c1d42..jpg

AFFA şikayətə baxdı: “Səbail” cəzalandırılmadı

Baxış sayı: 841 dəfə baxılıb.

AFFA şikayətə baxdı: “Səbail” cəzalandırılmadı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi hazırda “Araz-Naxçıvan”da
çıxış edən Tural Bayramlının şikayətinə baxıb.

Milli assosiasiyanın saytının yaydığı məlumata görə, 23 yaşlı
yarımmüdafiəçinin sabiq klubu “Səbail”dən kompensasiya tələbi və paytaxt
təmsilçisinə idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddiası təmin edilməyib.

Qeyd edək ki, “Səbail” yayda Tural Bayramlı ilə yollarını ayırıb. Oyunçu
klubun müqavilə şərtlərinə uyğun olmadan onunla yolları ayırdığını əsas
gətirərək şikayət edib. O, Bakı təmsilçisindən bir mövsüm ərzində alacağı
məbləği istəyir.

Source link