AFFA üç klubu cərimələyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AFFA İntizam Komitəsi üç klubu cərimələyib.
Cixisyolu.com-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən
“Səbail” – “Qarabağ” (1:2) və “Sabah” – “Turan Tovuz” (1:1) oyunlarında qeydə
alınan neqativ hallara hüquqi qiymət verilib.
“Səbail”lə görüşdə dörd futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat
cərimələnib. Qarşılaşmanın 66-cı dəqiqəsində qırmızı vərəqə alan ağdamlıların
kapitanı Maksim Medvedevə birmatçlıq cəza verilib. Bu, “Qarabağ”ın daha 500
manat cərimə olunması ilə nəticələnib.
“Turan Tovuz”la ev oyunundan sonra meydana kənar şəxslərin daxil olması
“Sabah”ı 800 manat ziyana salıb. Qonaq komandanın azarkeşlərinin oturduqları
sektorda sındırılmış altı ədəd oturacaqla bağlı stadiona dəymiş zərərin “Turan
Tovuz” klubu tərəfindən qarşılanması qərara alınıb.