702ce986-5800-4be2-b6f6-7d5a331a3ba5..jpg

AFFA yarımçıq dayandırılan oyunla bağlı cəzaları açıqladı

Baxış sayı: 677 dəfə baxılıb.

AFFA yarımçıq dayandırılan oyunla bağlı cəzaları açıqladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İntizam Komitəsi Gənclər Liqasının yarımçıq dayandırılan İCBFA – “Turan
Tovuz” oyunu ilə bağlı cəzaları açıqlayıb.

“Report”un məlumatına görə, qurum görüşdə qırmızı vərəqə alan hər komandanın 4
futbolçusunu 4 matçlıq diskvalifikasiya edib.

“Turan Tovuz”dan Fərid Cəfərov, Tahir Tağıyev, Məhəmməd Abbasov və Dəniz
Rəcəbov, İCBFA-dan isə Fərid Eyvazov, Heydər Cəbrayılov, Cavid Məmmədov və
Fərid Quliyev qarşıdakı 4 görüşü buraxacaqlar. Onlardan Fərid Cəfərov hakimi
təhqir etdiyinə, digərləri təcavüzkar davranışa görə cəzalandırılıblar.

“Turan Tovuz”un köməkçi məşqçisi Ruslan Abbasov isə son dəqiqələrdə meydana
daxil olaraq hakimin qərarına etirazını bildirib. Həmin hərəkətinə görə qırmızı
vərəqə alan mütəxəssis 2 oyunluq cəzaya məruz qalıb.

Source link