Afinada İranın səfirlik əməkdaşlarını bıçaqlamış şəxs saxlanılıb

Afinada İranın səfirlik əməkdaşlarını bıçaqlamış şəxs saxlanılıb

Baxış sayı: 2. 617 dəfə baxılıb.

Yunanıstanda İranın Afinadakı səfirliyinin iki əməkdaşına edilmiş hücumla  bağlı istintaq aparılır. Adam öldürməyə cəhddə şübhəli bilinən 47 yaşlı İran vətəndaşı həbs olunub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Hadisə martın 28-də baş verib.

Həmin şəxs İran səfirliyinə gələrək, diplomatik missiyanın iki əməkdaşına soyuq silahla hücum edib, onlara bıçaq xəsarətləri yetirib.

Polis araşdırma nəticəsində həmin şəxsin kimliyini müəyyən edib və aprelin 1-də cinayətkar həbs olunub. İranlı,  səfirlik əməkdaşlarına hücum etdiyini, həmçinin bundan əvvəl səfirliyin girişini yandırdığını boynuna alıb.

İşə baxılması üçün materiallar Afina məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.  

www.ÇıxışYolu.Com