Afrika böyük fəlakət qarşısındadır

Afrika böyük fəlakət qarşısındadır

Baxış sayı: 4. 363 dəfə baxılıb.

Şərqi Afrika rift vadisində baş verən geoloji proseslər yaxın gələcəkdə fəlakətlə nəticələnə bilər.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Indy100” nəşri yazır.

Bu regionda kontinent yavaş-yavaş iki hissəyə bölünərək nəqliyyat və şəhər infrastrukturuna təhlükə yaradan çatlar əmələ gətirir.

Alimlər ehtimal edirlər ki, Afrikanın bəzi bölgələri 3-4 milyon ildən sonra qitədən tamamilə ayrılacaq.

Bu proseslərlə bağlı Yer qabığının deformasiyası Şərqi Afrika rift vadisində Livandan Mozambikə və Qırımızı dənizə qədər geoloji kəsilişin yaranmasına səbəb olub. Nubiya və Somali plitələri bir-birindən ildə 6-7 millimetr sürətlə ayrılırlar. Gələcəkdə bu region suyun altında qalacaq, Keniya isə adaya çevriləcək.

Gələcəkdə regionda vəziyyət daha pisləşəcək. Nəticədə insanların həyatına təhlükə yaradan təbii fəlakətlər baş verəcək.

www.ÇıxışYolu.Com