Afrika iki hissəyə bölünür - VİDEO

Afrika iki hissəyə bölünür – VİDEO

Baxış sayı: 4. 175 dəfə baxılıb.

Keniyada Nayrobi və Narok şəhərləri arasında böyük çat əmələ gəlib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, təbiət hadisəsinin videosu Daily Nation nəşrinin YouTube kanalında yerləşdirilib.

Mütəxəssislər hesab edirlər ki, çat bütün Afrika ərazisində yayılacaq və materiki iki hissəyə böləcək.

Hazırda çat bir neçə kilometr uzanır. Onun eni altı metr, dərinliyi isə 15 metrdir. 

Çatın magistral yoldan keçən hissəsini torpaqla örtüblər. Lakin gözlənilir ki, çat böyüyəcək və nəqliyyatın hərəkatına problemlər yaradacaq. 

Qeyd olunur ki, bu yerdə iki tektonk plitənin sərhədi keçir, və plitələr bir birindən ilə üç santimetr uzaqlaşır.

www.ÇıxışYolu.Com