Afrika Millətlər Kubokunda ilk finalçı məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Afrika Millətlər Kubokunun yarımfinalında Nigeriya və Cənubi Afrika yığmaları
üz-üzə gəlib.
Cixisyolu.com xəbər verir ki, komandalar Buakedəki (Kot-d’İvuar) “Stad de la Pe”
stadionunda oynayıblar. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayıb. Əsas və
əlavə vaxtda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında
isə nigeriyalılar daha güclü olub (4:2).
67-ci dəqiqədə müdafiəçi Uilyam Trost-Ekonq penalti zərbəsi ilə hesabı açıb.
88-ci dəqiqədə Teboho Mokoena penaltidən hesabı bərabərləşdirib. 115-ci
dəqiqədə cənubi afrikalı Qrant Kekana sonuncu ümid foluna görə qırmızı vərəqə
alıb.
Qeyd edək ki, digər yarımfinal cütlüyündə Kot-d’İvuar və Konqo DR komandaları
qarşılaşacaq.