Afrikada öldürülən jurnalistlər yerli sakinlərlə münaqişə yaşayıblar

Baxış sayı: 2. 290 dəfə baxılıb.

Afrikada öldürülən jurnalistlər yerli sakinlərlə münaqişə yaşayıblar

Yerli sakinlərlə yaşanan münaqişə səbəbi ilə Mərkəzi Afrika Respublikasının (MAR) polisi rusiyalı jurnalistləri ölkəyə gəldikdən bir gün sonra saxlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə MAR-ın “Ndeke Luka” radiostansiyasının saytında məlumat yerləşdirilib.

“Jurnalistlərdən ikisi iyulun 28-də Banqiyə gəldikdən sonra qaldıqları oteldə müəllim, üçüncüsü isə jurnalist kimi qeydiyyatdan keçiblər.

Səhəri gün ilkin razılaşma olmadan otelin qarşısındakı gənc ticarətçilər qrupunun çəkilişini aparan zaman onlarla münaqişə yaşanıb və yerli sakinlər polis çağırıblar.

Hər üç jurnalist saxlanılıb, lakin bir müddətdən sonra azad ediliblər”, – radiostansiyanın məlumatında deyilir.

Oteldə həmçinin bildiriblər ki, bazar ertəsi səhər saatlarında jurnalistlər oranı tərk ediblər.

www.ÇıxışYolu.Com