1245aae7-1f6d-44d7-a478-4ed66eb9fc9e..jpg

Afrikada qarət zamanı 60-a yaxın sakin qətlə yetirildi

Baxış sayı: 1. 010 dəfə baxılıb.

Afrikada qarət zamanı 60-a yaxın sakin qətlə yetirildi

Burkina-Fasonun şimalındakı Karma kəndində silahlı qüvvələrin geyimində olan
şəxslərin hücumu nəticəsində 60-a yaxın adam həlak olub.

Bu barədə yerli prokuror Lamin Kabore məlumat verib.

O, hücum edənlərin kənddən müxtəlif qiymətli əşyaları apardıqlarını bildirib.
Prokuror bu işdə iştirak edənlərin hamısının tapılaraq saxlanılması barədə
göstəriş verib.

Qeyd edək ki, faciə Aorema kəndi yaxınlığında terrorçuların hücumu nəticəsində
altı əsgər və 34 könüllünün öldürülməsindən bir həftə sonraya təsadüf edir.

Burkina Faso son illərdə Qərbi Afrikada terror fəaliyyətinin episentrinə
çevrilib.

Mənbə: Agence France-Presse

Source link