Afrikadakı kimi: Ermənistan üçün Avropa silahları – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Keçən həftə parlamentdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan
Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını əvəz
edəcək silahlanma üzrə yeni tərəfdaşlar tapmasından açıq-aydın şad olub.
Bu barədə “Caliber”in “YouTube” kanalındakı növbəti süjetdə deyilir.
“Paşinyanın çıxışından bir neçə gün əvvəl Avropa diplomatiyasının rəhbəri
Jozep Borrel demişdi ki, Aİ Ermənistanla nəinki viza rejiminin
liberallaşdırılması, həm də bədnam mexanizm vasitəsilə ölkəyə hərbi yardım
göstərmək məsələsini nəzərdən keçirir.
Bir məsələ göz qabağındadır: Fövqəldövlətlərə firavan Ermənistan yox, onlara
öz xalqını sərvətlər üçün istehlak materialına çevirməyə hazır olan ölkə
lazımdır… Amma Ermənistanın gələcəyi qonşuları ilə yaxınlaşmadadır”, – deyə
videomaterialda qeyd edilir.
Ətraflı süjetdə: