Suriya ərazisində antiterror əməliyyatı həyata keçirən hərbi birləşmələr ölkənin Afrin bölgəsində bütün kəndləri nəzarət altına alıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, terrorçulardan təmizlənən ərazilərdə çoxlu sayda silah və sursat, o cümlədən qrad raketləri, tank əleyhinə minaatanlar və onların mərmiləri, vertolyotlara qarşı mərmiatan qurğular ələ keçirilib.