Türkiyə silahlı qüvvələri “Azad Suriya Ordusu”nun dəstələri ilə birgə Suriyanın Afrin bölgəsində Xarabat Çaranlı, Çaranlı, Şirkan kəndləri və Şəran rayon mərkəzini terrorçulardan təmizləyib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.
“Zeytun budağı” əməliyyatı başlayandan bəri ümumilikdə 4 rayon mərkəzi, 117 kənd və 30 strateji yüksəklik YPQ/PKK/İŞİD yaraqlılarından azad edilib.
Hazırda Türkiyə silahlı qüvvələrinin Afrinin qərbində olan terrorçu mövqelərini artileriya zərbələri endirdiyi bildirilir.