Afrində daha bir türk əsgəri şəhid oldu

Afrində daha bir türk əsgəri şəhid oldu

Baxış sayı: 3. 361 dəfə baxılıb.

Suriyanın Afrin bölgəsinin terrorçulardan təmizlənməsi ilə bağlı aparılan döyüş əməliyyatları zamanı Türkiyə silahlı qüvvələrinin daha bir əsgəri şəhid olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyə ordu baş qərargahı bəyanat yayıb.

“Zeytun budağı” əməliyyatı çərçivəsində martın 12-də Cindərəs rayonunda kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində bir əsgərimiz şəhid olub, digəri yaralanıb” deyə baş qərargahın bəyanatında deyilir.

Sonuncu itki nəzərə alınmaqda, “Zeytun budağı” əməliyyatının gedişatında həlak olmuş türk hərbçilərin sayı 43 nəfərə çatıb. Türkiyə hərbi komandanlığı döyüş əməliyyatlarında 3347 PYD/YPQ/PKK/İŞİD üzvünün zərərsizləşdirildiyini bəyan edib.

.
www.ÇıxışYolu.Com