Afrində kütləvi məzarlıq aşkarlandı –  FOTO

Afrində kütləvi məzarlıq aşkarlandı – FOTO

Baxış sayı: 3. 116 dəfə baxılıb.

Afrin şəhərinin Kiçik Meydan rayonunda iki il əvvəl PKK və PYD terrorçuları ilə döyüşlərdə öldürülən Azad Suriya Ordusunun döyüşçülərinin kütləvi məzarlığı aşkarlanıb.

ÇıxışYolu.Com-ın Anadolu agentliyinə istinadən xəbərinə görə, məzarlığının yeri barədə məlumat “Zeytun budağı” əməliyyatı nəticəsində ələ keçirilən terrorçuların dindirilməsi zamanı alınıb.

Dəqiq yeri üç günlük axtarışdan sonra müəyyən etmək mümkün olub.

Hazırda 59 meyitdən 29-nun şəxsiyyəti müəyyənləşdirilib. Qalıqların bir hissəsi Suriyanın şimalında Aazaz rayonunda yenidən basdırılıb.

Daha 30 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.

Azad Suriya Ordusu ilə terrorçular arasında döyüşlər 2016-cı ilin mayında Təl-Rifat şəhərindən şimalda Ayn Dakne yaşayış məntəqəsində baş verib.

Ayn Daknenin geri qaytarılması üçün hücuma keçən Azad Suriya Ordusu 80-ə yaxın döyüşçüsünü itirib.

Terrorçular onların meyitlərini qaytarmaqdan imtina ediblər.

www.ÇıxışYolu.Com