Suriyanın Afrin bölgəsində antiterror reydləri zamanı əl qumbarası partlayıb.
ÇıxışYolu.Com-ın Türkiyə KİV-ə istinadən məlumatına əsasən, hadisə nəticəsində üç türkiyəli əsgər həlak olub, daha üçü isə yaralanıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu martın 18-də Afrinin terrorçulardan təmizləndiyini bəyan ediblər.