Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində gedən döyüşlərdə 8 türk əsgəri şəhid olub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyə ordu baş qərargahı bəyanat yayıb.
“Əməliyyatın gedişində 8 hərbiçi şəhid olub, 13 əsgər yaralanıb” deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, Türkiyə SQ yanvarın 20-də Suriyanın Afrin bölgəsinin terrorçulardan azad edilməsi üçün Azad Suriya Ordusu ilə birgə “Zeytun budağı” əməliyyatına başlayıb.