e693005c-2e93-4a74-bfb8-cf763a075d74..jpg

Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı

Baxış sayı: 961 dəfə baxılıb.

Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı

Qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son
vəziyyət açıqlanıb.

Bu barədə APA-ya sənətçinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib.

Onun sözlərinə görə, Xalq artistinin səhhəti yaxşılaşmağa doğru gedir.

“Müalicələr davam etdirilir. Hazırda xəstəxanadadır. Hələlik evə buraxılması
barədə həkimlər bir söz demir. Amma əvvəlkinə baxanda yaxşıdır”, – o vurğulayıb.

Qeyd edək ki, Aftandil İsrafilov ötən ilin dekabrının 2-də xəstəxanaya
yerləşdirilib. O, bundan öncə də kəskin plevrit səbəbi ilə xəstəxanaya
yerləşdirilmiş, daha sonra yaxşılaşaraq evə buraxılmışdı.

Source link