01c92047-72e7-4630-b810-8996f99015f6..jpg

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın məhdudlaşdırıldı – YENİLƏNİR + CANLI YAYIM

Baxış sayı: 511 dəfə baxılıb.

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın məhdudlaşdırıldı – YENİLƏNİR +
CANLI YAYIM
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğın məhdudlaşdırılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat
yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu,
Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

00:44

“Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğın zamanı xəsarət
alan olmayıb”.

Bu barədə məlumat Cixisyolu.com-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, bu gün saat 23:36-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Mərkəzinə Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada
yanğın olması barədə çağırış daxil olub.

“Hadisənin miqyası nəzərə alınaraq, əraziyə altı təcili tibbi yardım briqadası
cəlb edilib. Son məlumata görə, hadisə zamanı təcili tibbi yardıma xəsarət alan
və zərərçəkənlərlə bağlı müraciət qeydə alınmayıb”, – deyə məlumatda qeyd
olunub.

00:40

Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğının yayılmasının
qarşısı alınıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat
yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada
baş verən yanğınla mübarizə tədbirləri davam edir.

Qüvvələrin effektli tətbiqi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz
tədbirlər davam etdirilir.

00:15

Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğınla mübarizə
tədbirləri davam etdirilir.

Cixisyolu.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat
yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən
mağazada yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə
Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə
cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

00:00

Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğınla bağlı rəsmi
açıqlama verilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla
əlaqədar əraziyə polis əməkdaşları cəlb ediliblər:

“Təhlükəsizlik tədbirləri görülür”.

15.05.2024, 23:48

Bakıda güclü yanğın başlayıb.

Cixisyolu.com xəbər verir ki, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” gül mağazası
yanır.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Həmin görüntüləri təqdim edirik:


Source link