Ağ Ev Inın hotel pulunu necə ödəmək barədə düşünür

Ağ Ev Inın hotel pulunu necə ödəmək barədə düşünür

Baxış sayı: 2. 086 dəfə baxılıb.

Donald Trampın və Kim Çen Inın iyunun 12-nə təyin olunmuş görüşünə hazırlıq işləri aparan ABŞ nümayəndə heyəti KXDR liderinin sammit zamanı hoteldə qalma pulunu ödəmək üçün yol axtarır.

ÇıxışYolu.Com-ın “The Washington Post”a istinadən yaydığı məlumata görə, KXDR tərəfi nümayəndə heyətinin “Fullerton” hotelində qalma haqqının ödənilməsini xarici dövlətin öz üzərinə götürülməsini xahiş edib.

Bu hoteldə prezident otağının bir gecəlik qiyməti altı min dollardan yuxarıdır.

ABŞ hotelə görə pul ödəməyə hazırdır, lakin Pxenyanın bunu təhqir kimi qiymətləndirə biləcəyindən ehtiyatlanır. Odur ki, amerikanlar Sinqapur hakimiyyət orqanlarına qəbul edən tərəf kimi bu xərcləri üzərinə götürməsi üçün müraciət olunması imkanlarını nəzərdən keçirir.

Həmçinin KXDR tərəfinə təyyarə təqdim etmək variantına da baxılır. Çünki onların təyyarəsi Sinqapur kimi uzaq məsafəyə uçmaq üçün həddindən artıq köhnədir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp cümə günü KXDR lideri Kim Çen Inla görüşünün iyunun 12-də Sinqapurda baş tutacağını bir daha təsdiqləyib.

Bununla yanaşı, Tramp qeyd edib ki, sammit zamanı Pxenyanla heç bir sənəd imzalamaq niyyətində deyil.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com