ABŞ hökuməti KXDR-nın Donald Tramp və Kim Çen Inın görüşü ərəfəsində şəffaflıq nümayiş etdirdiyini və düzgün istiqamətdə irəlilədiyini hesab edir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bəyanat səsləndirib.
“Görüşə hazırlıq mərhələsində KXDR açıq şəkildə ölkənin denuklearizasiyasında maraqlı olduqlarını ifadə edib. Denuklearizasiya məsələsi görüşdə başlıca mövzu olacaq.
Biz buna nail olmağa çalışacağıq və ümid edirik, bu belə də olacaq”, – deyə Sanders Vaşinqtonda keçirdiyi brifinqdə söyləyib.
Habelə Ağ Ev sözçüsü bildirib ki, Vaşinqton Pxenyanın verdiyi sözləri əməldə yerinə yetirdiyini görməyincə, maksimal təzyiq kampaniyasını dayandırmayacaq.