Amerikalı ekspertlər atom bombasının Vaşinqtonda, Ağ Ev yaxınlığında partlayışının modelləşdirilmiş görüntüsünü hazırlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, videoçarx “Science Magazine” jurnalında dərc olunub.
Modelləşdirmə ABŞ-ın Bir nömrəli milli reaksiya ssenarisi çərçivəsində həyata keçirilib.
Ssenariya görə, yüksək səviyyədə zəngilləşdirilmiş beş kiloqram çəkili urandan ibarət atom bombası terrorçuların əlinə keçir və onlar bir neçə həftədən sonra onu Vaşinqtonun mərkəzində işə salır.
Videoçarxda radiasiyanın şəhərdə 730 minə yaxın insanın yaşadığı rayonlara yayıldığını görmək olur. Materialda eyni zamanda radiasiyanın insan orqanizminə təsirlərindən danışılır.