d474eb66-27ce-4bd5-a915-4d145cd9cd70..jpg

Ağ Evdə gerisayım başladı: ABŞ hökuməti fəaliyyətini dayandıra bilər

Baxış sayı: 575 dəfə baxılıb.

Ağ Evdə gerisayım başladı: ABŞ hökuməti fəaliyyətini dayandıra bilər

Ağ Evin Mətbuat Xidməti ABŞ federal hökumətinin öz fəaliyyətini dayandırması
ehtimalından bir gün əvvəl “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) bu anın
yaxınlaşması barədə hər saat məlumat verməyə başlayıb.

ABŞ administrasiyası baş verə biləcək hala görə Nümayəndələr Palatasına
nəzarət edən respublikaçıları günahlandırır. Sonuncular isə yalnız dövlət
xərclərinin əhəmiyyətli dərəcədə azaldılması halında hökumətin
maliyyələşdirilməsinin uzadılmasını təsdiqləməyə razılaşırlar.

Qeyd edək ki, ABŞ-də cari maliyyə ili Bakı vaxtilə bazar günü 08:00-da
bitəcək. Hökumətin bağlanmasının qarşısını almaq üçün Konqres həmin vaxtadək
prezident Co Baydenin imzalayacağı maliyyələşməni uzatma təşəbbüsünü qəbul
etməlidir.

Hökumətin öz işini dayandırması maaşların ödənilməməsinə, məcburi ödənişsiz
məzuniyyətlərə və yüz minlərlə dövlət qulluqçusunun işdən çıxarılmasına, eləcə
də bir çox dövlət proqramlarının dayandırılmasına səbəb ola bilər. Hazırda heç
bir qanunvericilik palatası hökumətin maliyyələşdirmə müddətinin uzadılmasını
təsdiq etməyib.

Mənbə: TASS

Source link