Ağac kəsdi, iki min manat cərimələndi

Ağac kəsdi, iki min manat cərimələndi

Baxış sayı: 6. 270 dəfə baxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə ÇıxışYolu.Com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Sözügedən ünvana keçirilən baxış zamanı diametri 20-24 sm olan bir ədəd tut ağacının kəsildiyi aşkar edilib. 

Araşdırma zamanı ağacın Qaradağ rayonu, Sahil qəsəbə sakini Kamil Paşayev tərəfindən kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, fiziki şəxs kimi 2000 manat məbləğində cərimə olunub.

www.ÇıxışYolu.Com