0523a9e2-11d5-49ba-83b6-43b8dc6b3109..jpg

Ağadadaş Ağayev: “Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda heykəlini ucaldaq”

Baxış sayı: 834 dəfə baxılıb.

Ağadadaş Ağayev: “Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda
heykəlini ucaldaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Ağadadaş Ağayevin erməni müğənnisi Armen Aloyan tərəfindən
“Dodağına gülüş qonub” və “Sevirəm de” mahnıları oğurlanıb.

Məsələ ilə bağlı Bizim.media-nın əməkdaşı sənətkarla əlaqə saxlayıb.

A.Ağayev “Sevirəm de” nəğməsi ilə bağlı 41 il əvvəl başına gələn hadisədən də
söz açıb:

“Sevirəm de” mahnısını sovet dövründə, yəni 1983-cü ildə ifa etmişdim. Bu
ərəfədə isə mənim yeni kasetim çıxmışdı. O zaman heç mən evli də deyildim. O
mahnıya görə bir erməni polis formasında yaşadığım Çapayev küçəsindəki evimə
gəldi. Qapını döydü və dedi ki, sizinlə söhbət etməliyəm. Onunla keçdik
mətbəxə. O, çantasından bir “Yerevan” konyakı və şokoladlar çıxardı. Həmin
erməni polis soyuducunun qapısını açıb gətirdiklərini ora qoydu. Söylədi ki,
siz mənə güvənin. Sizi vətəndaşlığa götürək, sizə erməni pasportu hazırlayaq və
Ermənistanın girişində sizə bir heykəl ucaldaq.

Ona sual verdim ki, “Siz polissiniz və sizin bu söhbətlərə nə aidiyyətiniz
var?” O isə cavabında mənə – “Düşək qapıya, avtomobilimə əyləşək. Görəcəksən
ki, orada sənin kasetindən başqa kaset yoxdur. Mən ancaq sənin mahnılarını
dinləyirəm. Bu isə tək məndə yox, bütün Ermənistanda belədir. Mən isə sənin
yanına elə-belə gəlməmişəm”. Elə oldu ki, birlikdə qapıya düşüb avtomobilə
əyləşdik. Bir-bir kasetləri oxutdurdu. Və gördüm ki, hamısında mənim mahnılarım
və səsimdir.

O zaman güclü qar yağırdı. Bunun isə üstündə silah vardı və özü də yekəpər
birisi idi. Dedim ki, mən bu barədə məsləhətləşib sənə sabah xəbər edərəm. Elə
oldu ki, kinofilmdə işləyən Xanbala adlı dostuma zəng etdim, dedim ki, yığ
dostlarını, bu erməni polisini yaxşıca əzişdirək… Xanbala çox emosional və
vətənpərvər insandır. İnanın, içim dağılırdı bunun mənə o təklifindən, amma
büruzə verməməyə çalışırdım.

Səhər mən bu həmin erməni ilə görüşməli idim. Dostlarımla görüş yerinə gəlsək
də, erməni ora gəlmədi. Düşünmüşdü ki, ora gəlsə, sağ-salamat çıxmayacaq”.

Qeyd edək ki, Ağadadaş Ağayev açıqlamasında bildirib ki, yaxın zamanda
100-dən çox mahnısı üzərində hüquqlarını qorumaq üçün onları Əqli Mülkiyyət
Agentliyinə təqdim edəcək.

Source link