11b5ca1b-4436-4a1b-bb94-3545be89453d.jpg

Ağadadaş Ağayev məhkəmədə iştirak etmədi, həbsi tələb olundu

Baxış sayı: 157 dəfə baxılıb.

Xalq artisti Ağadadaş Ağayev və onunla birgə insident yaradan “Medera
Hospital”ın mühafizəçisi Nurədddin Cəlilovun cinayət işinin ilk məhkəmə
hazırlıq iclası keçirilib.

Cixisyolu.com-ın məlumatına görə, proses Binəqədi rayon məhkəməsinin hakimi Vüsal
Tağıyevin sədrliyi ilə keçirilib.

Xalq artisti Ağadadaş Ağayev prosesə gəlməyib. Nurəddin Cəlilovun vəkili
Ağadadaş Ağayev barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət
təqdim edib.

Müşavirədən sonra vəsatət qəbul olunmayıb. Xalq artisti barədə həbs olmayan
qətimkan tədbiri qüvvədə saxlanılaraq növbəti proses noyabrın 14-nə təyin
olunub.

Qeyd edək ki, müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət
Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah qismində istifadə olunan əşyalardan
istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan
məhrum edilə bilərlər. Onu da bildirək ki, iş üzrə zərərçəkən kimi hospitalın
əməkdaşı Nəzakət Paşayeva tanınıb.

Elgün Həsənli

Source link