b1439cd8-cd55-4069-af29-404671d54894.webp

Ağadadaş Ağayev məhkəməyə gəlmədi

Baxış sayı: 258 dəfə baxılıb.

Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital” arasındakı insidentlə bağlı
mülki iddia üzrə ilk məhkəmə baxış iclası keçirilib.

Cixisyolu.com-ın məlumatına görə Binəqədi Rayon Məhkəməsində hakim Etibar
Mustafayevin sədrliyi ilə keçirilən prosesdə “MedEra Hospital”ın qanuni
nümayəndəsi Sənan Şirinov iştirak etsə də, qarşı tərəf Xalq artisti Ağadadaş
Ağayev məhkəməyə gəlməyib. Buna görə Xalq artistinin müdafiəçisi tərəfindən
elektron məhkəmə sisteminə prosesin təxirə salınması ilə bağlı yerləşdirdiyi
vəsatəti iclasda elan olundu. Ağadadaş Ağayev üzrlü səbəbdən prosesdə iştirak
edə bilmədiyini vurğulayaraq prosesin növbəti günlərə təyin olunmasını xahiş
edib.

Məhkəmə vəsatəti qəbul edərək növbəti prosesi noyabrın 14-nə təyin edib.

Qeyd edək ki, bu ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə “MedEra
Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş
Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan
N.Paşayevaya dəyərək xəsarət yetirib.

Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silahdan və ya silah
qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş
şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya
zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham edilir. Qeyd edək ki,
bu maddə üzrə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə
tutulur.

Elgün Həsənli

Source link