Xalq artisti Ağadadaş Ağayevin balta insidenti ilə
məhkəməyə göndərilib.
Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, balta insidenti ilə bağlı iki nəfər
zərərçəkmiş şəxs qismində tanınıb.
Bunlar “MedEra” hospitalının mühafizəçisi Saleh Cəlilov və həmin hadisədə
xəsarət alan Nəzakət Paşayevadır.
Məhkəmənin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib. İşə hakim Vüsal
Tağıyev sədrlik edəcək.
Qeyd edək ki, hadisə bu il iyulun 23-də baş verib. Faktla bağlı Cinayət
Məcəlləsinin 221.3 maddəsi ilə (Xuliqanlıq – silahdan və ya silah qismində
istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə
zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya
zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi açılıb.
Bu maddə ilə təqsirləndirilən şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Aytac Qasımova