066f7565-5d01-4a2c-8d55-7534ce180f91..jpg

Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”

Baxış sayı: 1. 410 dəfə baxılıb.

Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur.

Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu “Elgizlə izlə”
verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb.

“Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir,
bu günə min dəfə şükür. Atamın müalicəsi ev şəraitində davam edir. Həkimlər
müalicələr üçün əllərindən gələni edirlər. Onlar özləri də deyirlər ki, hər şey
Allahın əlindədir. Atam insult xəstəsidir. Beyninə illər əvvəl qan sızıb.
Mənəvi və maddi tərəfindən atama qulluq etmək oğul kimi borcumdur. İnsanların
duası kifayətdir. Atama çox həkimlər baxıb və müxtəlif müalicələr ediblər. Əgər
özünə əmin olan həkim varsa ki, onu 1-5-10 ilə ayağa qaldırar, mənimlə əlaqə
saxlasın”, – deyə o bildirib.

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə
xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.

Source link