Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur.
Cixisyolu.com xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu “Elgizlə izlə”
verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb.
“Atam insult xəstəsidir. Beyninə illər əvvəl qan sızıb. Səhhəti stabildir.
Nəfəsi gedib-gəlir, bu günə min dəfə şükür. Müalicəsi ev şəraitində davam edir.
Həkimlər əllərindən gələni edirlər. Onlar özləri də deyirlər ki, hər şey
Allahın əlindədir. Mənəvi və maddi tərəfindən atama qulluq etmək oğul kimi
borcumdur. İnsanların duası kifayətdir. Atama çox həkimlər baxıb və müxtəlif
müalicələr ediblər. Əgər özünə əmin olan həkim varsa ki, onu 1-5-10 ilə ayağa
qaldırar, mənimlə əlaqə saxlasın”, – deyə o bildirib.
Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə
xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.
Ətraflı videoda: