19f60aad-d4f3-4967-afdd-9c9760977da0..jpg

Ağalar Bayramov xəstəxanaya yerləşdirilib

Baxış sayı: 916 dəfə baxılıb.

Ağalar Bayramov xəstəxanaya yerləşdirilib

Əməkdar artist Ağalar Bayramov xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, evində yıxılaraq ayağından zədə alan tanınmış
qiraətçi Respublika Klinik Xəstəxanasında müalicə olunur.

A.Bayramov açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini bildirib:

“Hadisə fevralın 3-də baş verib. Ehtiyatsızlıq ucbatından yıxıldım. Başım
divara dəydi, huşumu itirdim. Evdə də gəlindən başqa heç kim yox idi. Tez məni
divana uzandırdı, daha sonra isə xəstəxanaya çatdırdılar. İndi sistemlər
vurulur, vəziyyətim yaxşılığa doğru gedir. Mənə burada xidmət göstərən hər kəsə
təşəkkür edirəm”.

A.Bayramov, eyni zamanda Türkiyədə baş verən zəlzələyə görə narahat olduğunu
qeyd edib:

“Həyəcanlanıram. Bu da mənə olmaz. Bircə arzum odur ki, Türkiyə bütün
sınaqlardan alnıaçıq çıxsın. Ürəyim dözmür. Mənim oğlum Şəhriyarın məzarı
Qubadlıdadır. Yanvarda onu ziyarətə getmişdim. Onun qəbrinə and olsun, öz canım
yadımdan çıxıb, qəlbim Türkiyədədir”.

Source link