127515ae-9296-41a6-84fc-326b43e6b115..jpg

Ağalı sakini: “Kənddə insanların əmək fəaliyyəti üçün şərait yaradılıb” – FOTO

Baxış sayı: 851 dəfə baxılıb.

Ağalı sakini: “Kənddə insanların əmək fəaliyyəti üçün şərait yaradılıb” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ağalı kənd sakinlərinin əmək fəaliyyəti dövlətin əsas hədəfindədir. Burada
insanların məşğuliyyəti üçün kifayət qədər şəraiti yaradılıb”.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu fikirləri Ağalı kənd sakini,
Qarabağ müharibəsi iştirakçısı Möhübbət Səmədov bildirib.

O, doğma yurdlarına köçdükləri gündən indiyə kimi, dövlət xətti ilə onlar üçün
yaradılan şəraitdən məmnun qaldıqlarını bildirib: “30 il keçməsinə baxmayaraq,
Ağalıya qayıtdıqdan sonra elə bilirdim ki, dünyaya yenidən gəlmişəm. Bu yerlər
mənim ruhumu gəncləşdirib. Burada dövlətin yaratdığı şəraiti, göstərdiyi
qayğını gördükcə elə bilirəm ki, heç bu 30 illik problemi yaşamamışıq. Burada
yaradılan şərait, bizə göstərilən diqqət məcburi köçkün olduğumuz günlərimizi
unutdurub”.

“Ağalı camaatı yurduna köçəndən sonra kənd sakinlərinin ixtisasına uyğun olan
işlər var. Onlar artıq öz sahələri üzrə işlə təmin olunublar. Uyğun ixtisası
olmayanlar üçün mövsümü işlər var. Kəndə yaxın ərazidə intensiv meyvə bağı
salınıb. Ümumi sahəsi 100 hektara yaxın olan həmin bağda 30-35 ailə mövsümi
işlə təmin edilib və həmin bağda hazırda da işlər gedir. Yəni həmin ailələr
orada çalışırlar. Yaxın gələcəkdə orada çalışan işçilərin sayının 100 nəfərə
çatdırılması nəzərdə tutulur”, – deyə Ağalı sakini vurğulayıb.

Onun sözlərinə görə, Ağalı kəndində təkcə məktəb, uşaq bağçası, tibb
məntəqəsi, poçt və bank xidməti, aptek, iki mağaza, kommunal sahələrdə
işləyənlərə deyil, həmçinin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara da
dövlət tərəfindən xüsusi diqqət ayrılıb:

“Əgər bu gün kimsə öz məşğul olduğu sahə üzrə yardım istəyirsə, müraciəti
dövlət tərəfindən dəyərləndirilir və nəticədə ona köməklik edilir. Onu da qeyd
edim ki, hazırda Ağalıda tikiş fabriki fəaliyyət göstərir. Bu fabrikdə 35-40
ailə çalışır”.

M.Səmədov deyib ki, Ağalı kəndi ərazisində istehsal sahələrinin fəaliyyəti
üçün xüsusi yer ayrılıb:

“Həmin yerdə emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bir sözlə,
Ağalı kəndində hər bir kəsin əmək fəaliyyətinə uyğun şərait yaradılıb”.

Source link