c1b67c16-fca4-461a-95b2-3273c057f994..jpg

Ağalı sakinləri: “Sevincimizdən hisslərimizi ifadə edə bilmirik” – FOTO

Baxış sayı: 753 dəfə baxılıb.

Ağalı sakinləri: “Sevincimizdən hisslərimizi ifadə edə bilmirik” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sevincimizdən hisslərimizi ifadə edə bilmirik”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Zəngilan rayonu, Ağalı kənd
sakinləri, keçmiş məcburi köçkünlər deyiblər.

“Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Bizə sevincli günləri
yaşadan Müzəffər Ali Baş Komandan, Prezidentİlham Əliyevə cansağlığı, uzun ömür
arzulayırıq”, – Gülşən Məmmədova deyib.

“Doğma yurduma nəvəmlə qayıdıram. Bizim üçün bundan sevincli gün ola bilməz.
İnşallah doğma yurdumuzdakı günlərimiz daha gözəl olacaq”, – o əlavə edib.

Digər sakin Nəzrin Baxşəliyeva isə qeyd edib ki, bu gün həyatının qürurverici
günüdür:

“Ağalı kənd sakini, müəllim olaraq istəyirəm ki, gələcəyimiz üçün kəndimizdə
Vətənimizə, dövlətimizə, cəmiyyətimizə layiqli oğul və qızlar yetişdirək”.

Bu gün yaşadığım hədsiz sevincə, qürura görə cənab İlham Əliyevə sonsuz
təşəkkürümü bildirirəm. Allah ordumuzu daim müzəffər etsin, şəhidlərimizə
rəhmət eləsin. Qazilərimizə cansağlığı arzulayıram. Prezidentimizlə, şanlı
ordumuzla fəxr edirik”.

Qeyd edək ki, bu gün Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun
yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə
– 127 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin
işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin
sakinləridir.

Source link