59803392-719e-4c1d-8a26-b492ccaa29d0..jpg

Ağalıda keçirilən möhtəşəm Novruz konsertindən görüntülər – VİDEO

Baxış sayı: 1. 065 dəfə baxılıb.

Ağalıda keçirilən möhtəşəm Novruz konsertindən görüntülər – VİDEO

Azərbaycan Televiziyası Novruz bayramını Ağalı sakinləri ilə birgə qeyd edib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və
sosial media şöbəsinin məlumatına görə, Ağalı sakinləri 30 il sonra Novruzu
böyük coşqu ilə qeyd edib.

Azərbaycan Televiziyası 44 Günlük Vətən müharibəsindən sonra bütün bayramları
işğaldan azad edilən doğma şəhərlərimizdə keçirir. Bu mənada Zəngilanda təşkil
olunan bayram konserti Şuşada, Ağdamda keçirilən şənliklərin davamı, azad
şəhərlərimizdə coşqulu, səsli-küylü bayram ənənəsinin növbəti halqasıdır.
Bayram günü Zəngilanda qalanan tonqal qayıdışımızın qeydi, orada
yaşayıb-yaradacağımızın carçısıdır.

Ağalıdakı konsertdə AzTV-nin dəvəti ilə 50-ə yaxın incəsənət nümayəndəsi
iştirak edib.

Tarixi günləri yaddaşlara köçürmək üçün Azərbaycan Televiziyası ənənəsini hər
bayram davam etdirəcək.

Konsertdən hazırlanmış süjeti təqdim edirik:


Source link