a843444a-2741-4704-86ce-d6d763769ef4..jpg

Ağamirzə həmkarlarını biabır etdi: “Kərimin xəstə olmasına sevinən meyxanaçılar var” – VİDEO

Baxış sayı: 1. 057 dəfə baxılıb.

Ağamirzə həmkarlarını biabır etdi: “Kərimin xəstə olmasına sevinən
meyxanaçılar var” – VİDEO

“Zəng vurub deyirlər ki, filan meyxanaçının məclisimizdə iştirak etməsini
istəyirik. Amma o filankəs dediklərinə zəng edirəm telefonuma cavab vermir.
Verdikləri nömrələrə də zəng edirsən, lakin zəng çatmır. Nə ona zəng, nə də
buna mesaj çatır. Yalandan mənə niyə verirsən nömrəni?”

Bizim.media xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov “Şou xəbər”
verilişinə müsahibəsində deyib.

Həmkarlarından incidiyini açıb ağardan söz xiridarı bildirib ki, onlara zəng
etsə də, nə telefonuna, nə də ki, mesajlarına cavab verirlər:

“Onlar məni görəndə heç nə olmamış kimi qucaqlayıb salamlaşırlar. Çalışıb,
cəhd edib özümü bir təhər tuturam. Həyatım boyu onlara bir daha zəng
vurmayacağam. Elə meyxanaçılardan incimişəm ki… Sadə xasiyyəti olan
meyxanaçıların qadasını alım. Onların qədrini bilin. Sizin telefonunuza cavab
verməyənlərin nömrəsini heç telefonunuzda saxlamayın. Elə meyxanaçı var ki,
onun nömrəsini telefonumdan silmişəm. Deyirlər ki, filankəs filan meyxana
deyəndir, belə tanınmışdır… Mənim üçün isə dəxli yoxdur…”

Ağamirzə üzünü ağ olan həmkarlarının adını çəkməsə də, onların paxırlarını gün
üzünə çıxarıb, biabır edib:

“Meyxanaçı Kərimin (hazırda yataq xəstəsi olan Kərim Novruzov – red.) yanına
gedənlər, onun heç bir dəfə belə halını soruşmayıblar. Onlar yolda məni görüb
deyirlər ki, 5-6 günə gedib Kərimə baş çəkəcəyəm. Mənə də yox da…

Elə meyxanaçı var ki, 5-6 il ərzində bir dəfə Kərimə baş çəkib. Elələri var,
heç gəlməyib, elələri də var ki, Kərimin bu vəziyyətinə sevinib. Adlarını
çəksəm şok olarsınız. Məni görəndə bəzi meyxanaçılar var, deyirlər ki,
qulluğunda 24 saat durmağa hazırıq. Gecənin yarısı 3-4-də zəng vur. Amma
bunların hamısı yalandır. İstəyirəm adlarını çəkim, amma özümü saxlayıram.
Qanım qaralır”.


Source link