54b3e27d-2730-4e4d-b82a-268bc7b0b561..jpg

Ağatahir Əzimov: “Məktəblərdən, küçələrdən, ordan-burdan oyunçular tapmalıyam”

Baxış sayı: 582 dəfə baxılıb.

Ağatahir Əzimov: “Məktəblərdən, küçələrdən, ordan-burdan oyunçular tapmalıyam”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yeni futzalçılar tapmaq çox çətin olacaq. Aşağı yaş qrupları olmadığı üçün
məktəblərdən, küçələrdən, oradan-buradan oyunçular tapmağa məcburam”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın futzal milliləri üçün
seleksiyaçı-məşqçi təyin olunan Ağatahir Əzimov deyib.

Mütəxəssis böyük futbol təcrübəsi olanları da futzala yönəltməyə çalışacağını
bildirib:

“Onların da üzərində işləməli və düzəltməliyik. Yaxşıları tapsam, U-19-a və ya
əsas yığmaya verəcəyəm”.

Əzimov daha əvvəl 4 il U-19 millisində çalışdığını xatırladıb:

“Ürəyimdən əməliyyat olunandan sonra federasiya rəhbəri dedi ki, sənə çox
əsəbiləşmək olmaz. Səhhətimə görə narahat olduqlarını söylədilər və məni
komandadan uzaqlaşdırdılar. Bir neçə aydan sonra bu işi etibar etdilər. Cavan
uşaqlar tapmalıyam. Futzalda bir az problem yaşayırıq. Gənc oyunçularımız
azdır. Yeni futzalçılar tapmağa və işləməyə çalışacağıq”.

Seleksiyaçı-məşqçi sponsor problemlərinin də olduğunu söyləyib:

“Yeni sponsorlar tapmayana qədər hər şey çətin olacaq. Maddi cəhətdən
oyunçulara dəstək verilməlidir. Fərz edək ki, 19, 20, 21 və 22 yaşlıları tapıb
futzala cəlb etdim və onlarla işlədim. Həmin şəxslər də pul qazanmaq
istəyəcəklər. Hazırda minifutbolda normal sponsorlar, pul var. Bizdə
öyrəndikdən sonra oraya gedəcəklər. Yaxşı sponsora malik klublar olmasa,
oyunçular qalmayacaqlar. Sponsorların az olması bir az çətinlik yaradır”.

Ağatahir Əzimov bu gündən işə başladığını diqqətə çatdırıb:

“10-15 uşaq tapmışam. Onların arasında seçim edəcəyəm. Axtarışlarımız davam
edəcək”.

Source link