Ağcabədidə polis əməkdaşları tərəfindən altı silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Cixisyolu.com-a
bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
növbəti tədbirlər zamanı rayon sakinləri qanunsuz olaraq saxladıqları beş
tüfəngi könüllü olaraq təhvil veriblər, bir ədəd odlu silah isə aşkarlanaraq
götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.