Ağcabədi sakini ödəmə terminalından oğurluğa cəhd etdi, saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağcabədi rayonunda ötən il ödəmə terminalından oğurluğa cəhd etməkdə şübhəli
bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən
məlumata görə, ötən ilin avqust ayında mağazaların birində yerləşən içərisində
8 860 manat pul olan ödəmə terminalından oğurluğa cəhd edilməsi ilə bağlı
Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə
şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, rayon sakini Nahid
Kərimov olduğu müəyyən edilib. O, Bakı şəhəri ərazisində saxlanılaraq istintaqa
təhvil verilib.
Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.