c7b3dcc2-d988-440f-b223-b5b58cda6822..jpg

Ağcabədi sakinlərindən 12 kiloqram narkotik götürülüb – FOTO

Baxış sayı: 1. 130 dəfə baxılıb.

Ağcabədi sakinlərindən 12 kiloqram narkotik götürülüb – FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər
nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki
nəfər saxlanılıb, onlardan 12 kiloqram marixuana götürülüb.

Bu barədə Cixisyolu.com-a Daxili İşlərinin Nazirliyinin Mətbuat Xidmətinin Bərdə
regional qrupundan məlumat verilib.

Daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat
tədbirləri zamanı rayon sakini Coşqun Rəfiyev şəhər ərazisində saxlanılıb. O,
narkotik vasitəni taksi ilə meşəlik əraziyə apararkən saxlanaraq şöbəyə
gətirilib. Avtomobilə baxış zamanı yük yerindən doqquz kiloqram marixuana aşkar
edilərək götürülüb.

Bundan əlavə, keçirilən digər bir tədbirlə daha üç kiloqram marixuana qanunsuz
dövriyyədən çıxarılıb. Şübhəli qismində saxlanılan Zaman Cəfərovun rayonun
Hindarx qəsəbəsindəki evinə baxış keçirilib. Bu zaman oradan üç kiloqram
marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Source link