6850995f-46ee-4903-acd1-dfa60e65c3f1..jpg

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirildi: Şübhəli şəxs kimi əri saxlanıldı – YENİLƏNİB

Baxış sayı: 899 dəfə baxılıb.

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirildi: Şübhəli şəxs kimi əri saxlanıldı –
YENİLƏNİB

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı
il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə
məlumat daxil olub.

araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar
Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən Ə.Mehdiyev tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

19:17

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri axtarışa
verilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı
il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə
məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar
Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən Ə.Mehdiyevin tutulması istiqamətində zəruri
əməliyyat-axtarış tədbirləri görülür.

Source link