d39a0735-b0c7-42e5-86c9-66f0a2190b91..jpg

Ağcabədidə narkotik ƏMƏLİYYATI – FOTO

Baxış sayı: 578 dəfə baxılıb.

Ağcabədidə narkotik ƏMƏLİYYATI – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotik vasitə və
silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən
məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
əməliyyat tədbiri nəticəsində narkotik vasitə olan marixuananın qanunsuz
dövriyyəsində şübhəli bilinən rayon sakini Şəmsi Səfərov saxlanılıb.

Şöbədə onun üzərində müvafiq qaydada aparılan axtarış zamanı əlindəki
polietilen torbadan 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Bununla yanaşı keçirilən digər bir tədbirlə qanunsuz olaraq silah-sursat əldə
edərək saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Cavadov da
saxlanılaraq şöbəyə gətirilib.

Ondan 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd daraq və 5
ədəd patron aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində həbs
qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Source link